Niaqara şəlaləsi dondu


ABŞ-ın Nyu-York ştatının Niaqara rayonunda yerləşən Niaqara şəlaləsi ABŞ-ın əksər hissəsini təsir edən arktik soyuqlar səbəbindən donub.



ABŞ-Kanada sərhədində Ontario gölünə axan Horseshoe, American və Bridal Veils şəlalələrindən ibarət olan Niaqara şəlaləsi soyuq hava səbəbindən qismən donub.

Donmuş şəlalələrin üzərində əmələ gələn göy qurşağı gözəl görüntülər yaradıb.

Şimali Amerikanı bürüyən qış fırtınası nəticəsində ABŞ, Kanada və Meksikada ümumilikdə 57 nəfər ölüb. Təkcə Nyu Yorkda 25 nəfər ölüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu