Starbucks Çində satışa çıxarılan donuz əti ətirli kofesi ilə gündəm oldu


Dünyaca məşhur qəhvə zənciri Starbucks Çində satışa çıxardığı donuz əti ətirli qəhvələri ilə gündəmə gəlib.



Çində ənənəvi olaraq qeyd olunan və Qərbdə “Çin Yeni İli” də adlandırılan Ay Yeni ili üçün xüsusi hazırlanmış qəhvədə espressoya qaynadılmış süd və donuz əti sousu əlavə edilib.

Bir parça donuz ətinin əlavə edildiyi xüsusi hazırlanmış qəhvələr, Ay Yeni ilinin qeyd edildiyi gün - fevralın 10-da satışa çıxarılıb.

Starbucks Reserve filiallarından alına bilən qəhvə Çində də sosial mediada trend mövzusu olub.

Ölkədə “WhatsApp”ın ekvivalenti kimi istifadə edilən Weibo-da bir nəfər “67 yuana aşağı odda bişmiş donuz ətinin bir hissəsini yeyə bilərəm, sonra Luckinə gedib iki latte içə bilərəm” yazaraq bahalığa işarə edib.

Başqa bir Weibo istifadəçisi donuz ətirli qəhvə ideyası ilə maraqlanmadığını ifadə edərək, “Qəhvə ilə donuz ətinin qarnımda yan-yana oturması yaxşıdır, amma ikisini də eyni anda istehlak edə bilmirəm" qeyd edib.

Çinin dövlətə məxsus Changjiang Daily qəzetinə bağlı Juipai News xəbər saytı Hubey əyalətinin Wuhan şəhərindəki Starbuck Reserve filiallarında donuz əti ətirli qəhvələrin tükəndiyini bildirib.

Ölkədə cəmi 6 min 804 şöbəsi olan Starbucks, Ay Yeni ili üçün daha iki xüsusi qəhvə təqdim edib. Onlardan biri jujube meyvəli macchiato, digəri isə badam tofu olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu