Azərbaycanda donuz qripi aşkarlanmayıb- RƏSMİ


Hazırda Azərbaycanda donuz qripi aşkarlanmayıb.


Bu barədə Səhiyyə Nazirliyi məlumat verib.

Qeyd edək ki, hazırda regionda və dünyada başqa patogen viruslar baş qaldırıb. “Donuz qripi” (H1N1), “quş qripi” də (H5N1) o qəbildəndir. Qonşu Ermənistanda isə neçə gündür məhz H1N1 tüğyan edir.

Məlumatlara görə, artıq bu virusa yoluxmuş iki yüzdən çox xəstə pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onların 60%-i uşaqlardır. İki nəfər isə “donuz qripi”ndən ölüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu