Rusiya: Avdeevkada NATO-nun silah anbarları aşkar edilib


Avdeevkada NATO ölkələrinə məxsus bir neçə silah anbarı, o cümlədən qaz qumbarası aşkar edilib.


AFN.az xəbər verir ki, bu barədə Donetsk Xalq Respublikasının rəhbərinin müşaviri İqor Kimakovski TASS-a bildirib.

"Avdeevkanın ekspertizası zamanı Ukrayna silahlı qüvvələrinin yeni döyüş sursatı anbarları aşkar edilib. Son 24 saat ərzində bir neçə anbar tapılıb ki, orada NATO ölkələri tərəfindən verildiyi düşünülən silahlar saxlanılır. Bunların arasında qaz qumbaraları da var, hansı ki, düşmən bizim döyüşçülərimizə qarşı fəal şəkildə istifadə edib”, - deyə Kimakovski bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu