Netanyahu İsrailə fəlakət gətirməkdə ittiham olunur


İsrailin nüfuzlu Histadrut Həmkarlar İttifaqının prezidenti Arnon Bar-David baş nazir Benyamin Netanyahunu ölkəyə fəlakət gətirməkdə ittiham edib və onu ilin sonunda seçki keçirməyə qərar verməyə çağırıb.


Bar-David bəyan edib ki, əks halda ölkədə davam edən hökumət əleyhinə etirazlara qoşulacaqlat.

“Times of Israel” qəzetinin məlumatına görə, Arnon Bar-David ölkənin cənubundakı Birussebi şəhərində keçirilən konfransda Netanyahu hökumətini tənqid edib.

"O, bizi uçurumun kənarına, olmamalı olduğumuz yerə apardı. Biz çıxılmaz vəziyyətdəyik və yalnız bir çıxış yolu var. O, baş verənlərə görə məsuliyyət daşımalı, sonra özü ilə bağlı qərarlar verməlidir. Baş nazir olsaydım, istefa verərdim" - deyə Həmkarlar İttifaqının prezidenti bildirib.

Bar-David Netanyahudan yeni seçkilər üçün tarix təyin etməyə çağırıb və xəbərdarlıq edib ki, o, hakimiyyəti əldə saxlamağa çalışarsa, iqtisadiyyatın böyük hissəsini dayandırmaq gücünə malik olan birlik də hökumətə qarşı etirazlara qoşulacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu