Hollandiyada insident zamanı polis maşınları yandırılıb


Hollandiyanın inzibati paytaxtı Haaqada müxtəlif baxışlı Eritreyalı qruplar arasında toqquşma zamanı ətrafdakı avtomobilləri yandırıblar.



Yerli mətbuatın yazdığına görə, Eritreya hökumətini dəstəkləyən bir qrupun Haaqadakı salonda toplaşdığı xəbərini alan müxalifətyönlü qruplar daş və dəyənəklərlə içəri girməyə cəhd ediblər. Binanın şüşələrini sındıraraq polis maşınlarını və avtobuslarını yandıran etirazçılara bibər qazı ilə müdaxilə edildiyi, hadisələrdə polislərin yaralandığı bildirilib.

Haaqa Bələdiyyəsinin sözçüsü Robin Middel mətbuata verdiyi açıqlamada Operanın konfrans zalında toplaşan Eritreya hökuməti tərəfdarları ilə müxalif qruplar arasında başlayan zorakılığın nəzarətdən çıxdığını bildirib.

Haaqa polisinin X hesabında edilən açıqlamada Opera konfrans zalının yerləşdiyi Fruitweg küçəsində iki qrup arasında toqquşmaya polisin ictimai asayişi təmin etmək üçün müdaxilə etdiyi bildirilib.

Etirazçılar çoxlu polis maşınını və bəzi avtobusları yandırıblar. Yanğınlar yanğınsöndürənlərin müdaxiləsi ilə söndürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu