Hindistanın əsas müxalifət partiyası bank hesablarının dondurulduğunu iddia edir


Hindistanda əsas müxalifətçi Hindistan Milli Konqresi Partiyası ümumi seçkilərə aylar qalmış bank hesablarının dondurulduğunu iddia edib.


"Hindustan Times"ın məlumatına görə, Milli Konqres Partiyası 4 əsas bank hesabının dondurulması ilə bağlı bəyanat yayıb.

Hesabların Gəlir Vergisi Departamenti tərəfindən əsassız səbəblərlə bildirilən açıqlamada xərclərin və maaşların ödənilə bilməyəcəyinə, bu vəziyyətdən bütün siyasi fəaliyyətlərin təsirlənəcəyinə diqqət çəkilib.

Konqres Partiyasının lideri Mallikarjun Kharge bank hesablarının dondurulmasını "demokratiyaya hücum" kimi qiymətləndirsə də, hökumət və Gəlir Vergiləri Departamenti hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Sözügedən əməliyyatın 2018-2019-cu il dövrünün gəlir vergisinin 45 gün gec bəyan edildiyi üçün edildiyi qeyd edilir.

Hindistanda 2024-cü il ümumi seçkiləri üçün səsvermənin apreldə başlanacağı və may ayında başa çatacağı gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu