Hindistanda alimlər qurbağanın ayağında cücərən göbələk aşkar ediblər
Hindistanda alimlər canlı heyvan toxumasında cücərən göbələk aşkar ediblər.
“The Independent” qəzetinin yazdığına görə, Ümumdünya Vəhşi Təbiət Fondunun alimləri ilk dəfə canlı qurbağanın ayağında böyüyən göbələk aşkar ediblər.
Canlı bir orqanizmin üzərində böyüyən bir göbələyin daha əvvəl sənədləşdirilmədiyini bildirən elm adamları, qurbağanın yaşadığı yerin kifayət qədər nəm və üzvi maddə təmin edərək, göbələyin böyüməsi üçün ideal bir mühit yaratmış ola biləcəyini bildiriblər.
Hindistanın qızıl dayaqlı qurbağasının ayağında cücərən göbələyin “Bonnet” tipinə aid olduğu təxmin edilir.
Araşdırmanın təfərrüatları "Sürünənlər və Amfibiyalar" jurnalında dərc olunub.