ABŞ-da qablaşdırılmış su satan şirkət 130 milyon dollar cərimə edilib


ABŞ-ın Nevada ştatının məhkəməsi Las-Veqas mərkəzli şirkəti satdığı qablaşdırılmış su səbəbiylə qaraciyər xəstəliyindən əziyyət çəkdiyini iddia edən 5 nəfərin açdığı iddiada 130 milyon dollar təzminat ödəməyə məhkum edib.



Clark County Rayon Məhkəməsi "Affinitylifestyles.com" saytında satışa çıxarılan "Real Water" markalı qələvi suyun qaraciyər xəstəliklərinə səbəb olması iddiası ilə bağlı açılan iddialarla bağlı qərar verib.

Suyun analizində raket yanacağında istifadə edilən kimyəvi hidrazinin aşkar edildiyini açıqlayan məhkəmə, bütün iddiaçılara 30 milyon dolları maddi, 100 milyon dolları isə mənəvi olmaqla ümumilikdə 130 milyon dollar təzminat ödənilməsinə qərar verib.

Şirkətin birinci keyfiyyətli qələvi içməli su reklamları ilə satışa təqdim etdiyi qablaşdırılmış sular 2021-ci ildə ABŞ Qida və Dərman İdarəsi (FDA) və Cənubi Nevada Sağlamlıq Bölgəsi (SNHD) tərəfindən geri çağırılıb.

İddialara məruz qalan şüşə sular təxminən 8 ildir ölkənin bəzi əyalətlərində satılıb. Şirkətə qarşı açılan bir çox iddialar davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu