Media: "Britaniya gəmiləri Yəməndəki hədəfləri vura bilmir"


İngiltərə Hərbi Dəniz Qüvvələrinə məxsus Type 45 sinifli esmines gəmilərinə resurs çatışmazlığı səbəbindən raketlərin yerləşdirilə bilmədiyi məlum olub. Bu döyüş gəmilərinin burnu adətən qanadlı raketləri atmaq üçün nəzərdə tutulmuşdu.



“Teleqraf”da yer alan xəbərdə donanmaya ayrılan vəsait yetərli olmadığı üçün bu gəmilərdə raket buraxılış sistemlərinin quraşdırıla bilmədiyi və bunun üçün ayrılan ərazilərin idman zallarına çevrildiyi bildirilib.

Qəzet quru raketlərinin yerləşməsi lazım olan gəminin içərisinə yerləşdirilən qaçış yollarının fotosunu da paylaşıb.

Teleqraf keçən həftə dərc etdiyi xəbərdə Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus HMS Diamond döyüş gəmisinin atəş gücü çatışmazlığı səbəbindən Husilərin quru nöqtələrini vura bilmədiyini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu