Boliviya millisinin keçmiş futbolçusu matç zamanı güllələnib
Meksikada Boliviya millisinin keçmiş futbolçusu Serxio Jauregui həvəskarlar arasında yoldaşlıq oyunu zamanı meydançada güllələnib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, Jauregi "Atletiko San Luis Rey"də çıxış edib. Kuautlada keçirilən matç zamanı 38 yaşlı oyunçu su içmək üçün kənara çəkilib. Bu zaman naməlum şəxs onun yanında peyda olub və futbolçuya 6 dəfə atəş açıb. Hücumçu motosikletlə hadisə yerindən qaçıb. Hadisə yerinə təcili yardım çağırılıb, lakin onlar Jaureqinin həyatını xilas edə bilməyiblər.
Boliviya millisində 13 oyun keçirib və 2012-ci ildə peşəkar futbolçu karyerasını başa vurub.