Messi Çin hava limanında saxlanıldı


Argentinalı hücumçu Lionel Messi Çində hava limanında sərhədçilər tərəfindən saxlanılıb.


AFN.az xəbər verir ki, bu barədə Diario Sport məlumat yayıb.

Mənbənin məlumatına görə, 35 yaşlı futbolçu Avstraliya ilə yoldaşlıq oyunu üçün Çinə gəlib. Məlum olub ki, saxlanılmağa səbəb Messidən vizanın olmaması olub. Argentinalı miqrasiya xidmətinin ona xüsusi təcili viza verməsi üçün iki saat hava limanında qalmalı olub.

Argentina və Avstraliya yığmaları arasında oyun iyunun 15-də keçiriləcək.

Xatırladaq ki, Messi iyunun 7-də İngiltərə millisinin keçmiş futbolçusu Devid Bekhemin sahibi olduğu Amerika Major League Soccer klubu İnter Mayamiyə keçdiyini açıqlayıb. Üçillik müqavilənin rəsmi olaraq iyulun 1-də imzalanması gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu