Keniyada qaz partlayışı: 2 nəfər ölüb, 200-ə yaxın adam yaralanıb


Keniyanın paytaxtı Nayrobidə qaz partlayışı nəticəsində ilkin məlumata görə, 2 nəfər ölüb, 200-ə yaxın adam yaralanıb.


Hökumət sözçüsü İsaak Mvaura mətbuata verdiyi açıqlamada gecə saatlarında naməlum səbəbdən qaz doldurma mərkəzində partlayış baş verdiyini bildirib.

Mvaura, Nayrobidə baş verən partlayış nəticəsində ilkin araşdırmalara görə 2 nəfərin öldüyünü, təxminən 200 nəfərin yaralandığını açıqlayıb.

Mvaura partlayış zamanı bölgə sakinlərinin evlərində olduğunu, buna görə də can itkisinin daha az olduğunu, yaralıların ətraf xəstəxanalara aparıldığını bildirib.

Ölənlərin sayının arta biləcəyi ehtimal edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu