Cənubi Koreya İndoneziyalı mühəndisləri döyüş təyyarəsi məlumatlarını oğurlamaqda ittiham edir

"Yonhap"ın məlumatına görə, Müdafiə Alma Proqramı Agentliyi (DAPA) qeyd edib ki, KAI-nin mühəndisləri “KF-21”in inkişafı ilə bağlı məlumatların USB yaddaş çubuğunda saxlanması şübhəsi ilə istintaq altındadır.
"Cənubi Koreya Milli Kəşfiyyat Xidməti (NIS) daxil olmaqla, müvafiq qurumların birgə araşdırması indoneziyalı mühəndislərin iddia edilən texnologiya oğurluğunu araşdırır", - deyə DAPA rəsmisi bildirib.
Məsələ ilə bağlı məlumatı olan digər mənbələrə görə, araşdırma "KF-21" inkişaf proqramı ilə bağlı saxlanılan məlumatların strateji texnologiyaları ehtiva edib-etməməsinə yönəldilib.
İstintaq çərçivəsində indoneziyalı mühəndislərə Cənubi Koreyanı tərk etmək qadağan edilib.
Cənubi Koreya 2032-ci ilə qədər Hərbi Hava Qüvvələrinin inventarına 120 ədəd “KF-21” təyyarəsi təqdim etmək üçün bu ilin sonunda istehsala başlamağı planlaşdırır.