Almaniyanın müharibə planı ortaya çıxdı: Mülki insanlar üçün sürpriz missiya


Almaniyanın ən çox oxunan qəzetlərindən olan “Bild”in xəbərində Avropada böyük bir müharibə olacağı təqdirdə almanların evlərini bomba sığınacağına çevirməsinin gözlənildiyi açıqlanıb.


AFN.az xəbər verir ki, "Bild" bu haqda ölkənin Müdafiə Nazirliyinin sənəd layihəsinə əsaslanaraq yazıb. Bildirilir ki, Almaniyanın müharibə planlarından biri mülki vətəndaşların evlərini bomba sığınacağına çevirməkdir. Məlumata görə, nazirlik məxfi “Əməliyyat planı” üzrə işləri aprel ayına qədər yekunlaşdırmağa hazırlaşır.

Hesabatda Almaniya fəal cəbhə xəttinə malik bir dövlət deyil, silah və texnikanın çatdırılması üçün həyati əhəmiyyət kəsb edən “tranzit ölkə” kimi nəzərdə tutulur.

Buna görə də əsgərlərə mühüm magistralların, qatar stansiyalarının və limanların təhlükəsizliyini təmin etmək tapşırılacaq.

Hesabata görə, dövlət adətən hərbi və polisə tapşırılan bəzi vəzifələri, o cümlədən elektrik stansiyalarını qorumaq üçün mülki şəxslərə etibar etməli olacaq.

Almaniyada cəmi 579 funksional bomba sığınacağı olduğu üçün planda vətəndaşların zirzəmi və qaraj kimi yerlərdə öz sığınacaqlarını qurması tələb edildiyi bildirilir.

Federal Mülki Mühafizə və Fəlakətlərə Yardım Agentliyinin rəhbəri Ralf Tisler deyib ki, yeni sığınacaqlar tikmək vaxt məhdudiyyəti səbəbindən artıq mümkün deyil.

Almaniya davam edən Rusiya-Ukrayna münaqişəsindən qaynaqlanan təhdidləri əsas gətirərək ordusunu gücləndirmək yollarını axtarır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu