Ekvadorda xəstəxanaya basqın edən dəstə üzvləri yarıçılpaq halda saxlanılıb
Ekvadorda xəstəxanaya nəzarəti ələ keçirməyə çalışan 68 dəstə üzvü polis tərəfindən yarıçılpaq halda saxlanılıb.
Polisin verdiyi açıqlamada, Guayas əyalətinin Yaguaçi qəsəbəsində bir xəstəxanaya basqın edərək nəzarəti ələ keçirməyə cəhd edən 68 nəfərin saxlanıldığı bildirilib.
Yarıçılpaq yerə uzanan şəxslər əlləri arxalarında qandallı avtobusa mindirilərək polis bölməsinə aparılıb. Əməliyyat zamanı çoxlu silah və narkotik maddə ələ keçirildiyi bildirilib.
Həmçinin hücum edənlərin xəstəxanadan müalicə alan bir dəstə üzvünü çıxarmaq üçün basqın təşkil etməsi ehtimalı ilə istintaqın davam etdiyi qeyd edlib.
Polis həmçinin əməliyyat çərçivəsində dəstə üzvlərinin komanda mərkəzinə çevirdiyi "reabilitasiya mərkəzinə" basqın etdiklərini açıqlayıb.
Ekvadorda səlahiyyətlilər dəstələr tərəfindən gizli şəkildə idarə olunan yüzlərlə sağlamlıq mərkəzinin bağlandığını elan ediblər.