Berlində fermerlərlə həmrəylik nümayiş etdirən yanğınsöndürənlərlə bağlı araşdırma başlanıb


Almaniyanın paytaxtı Berlində hökumətin subsidiyaları azaltma planlarına etiraz olaraq traktor karvanı ilə gedən fermerlərlə həmrəylik nümayiş etdirən yanğınsöndürən haqqında istintaq başladıldığı açıqlanıb.



Sosial mediada yayılan görüntülərdə yanğınsöndürənin Wittenau rayonunda yanğınsöndürmə məntəqəsinin qarşısından keçən traktor karvanını ilk olaraq alqışladığı və dəstəklədiyi görünür.

Berlin yanğınsöndürmə briqadasının sözçüsü açıqlamasında bildirib ki, prinsip etibarı ilə zabitlər vəzifə yerinə yetirərkən qərəzsiz olmaq öhdəliyi daşıyırlar və yanğınsöndürmə briqadasının müvafiq bölməsi dövlət xidməti qaydalarının nə dərəcədə olduğunu aydınlaşdırmaq üçün hadisəni araşdırır.

Xəbərdə bildirilir ki, video yanvarın 14-də axşam saatlarında internetə yüklənib və minlərlə insan onu izləyib.

Paytaxt Berlində fermerlər qənaət tədbirləri çərçivəsində kənd təsərrüfatı dizelinə verilən subsidiyaları aradan qaldırmaq istəyən hökumətə etiraz edib və nümayişə minlərlə fermer öz traktorları ilə qatılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu