İsraildə xəstəxanalara təlimat verildi: Minlərlə yaralını yerləşdirməyə hazır olun!


İsrail Səhiyyə Nazirliyi Livanda Hizbullahla gərginlik artdığı üçün ölkənin şimalındakı xəstəxanalara minlərlə yaralının yerləşdirilməsinə hazırlaşmaq göstərişi verib.


İsrailin dövlət televiziyası KAN-ın məlumatına görə, Səhiyyə Nazirliyi son günlər ölkənin şimal bölgəsində gərginliyin artması səbəbindən xəstəxanalara minlərlə yaralını qəbul etməyə hazırlaşmağı əmr edib.

Nazirlik ölkənin şimalında yerləşən Nehariyadakı Safed və Qalile Tibb Mərkəzindəki Ziv Xəstəxanasına səhra ada rejiminə keçməyə, yəni günlərlə tibbi ləvazimat, dərman və qidasız qalma ehtimalına hazırlaşmağa göztəriş verib. Həmçinin şimaldakı xəstəxanalardan bir neçə saat ərzində təcili rejimə keçmələri xahiş edilib. Nazirlik həmçinin yaralıların yalnız sığınacaqlarda qəbul edilməsini təmin etmək üçün lazım gələrsə, 50 faiz doluluq nisbətini saxlamağa göstəriş verib.

İsrail Səhiyyə Nazirliyi eyni zamanda tibb işçilərinin xəsarət alması və ya ehtiyat xidmətə qoşulmağa məcbur olması vəziyyətinə hazırlaşır və buna görə də xaricdən əvəzedici həkimlər təyin edir.

İsraildəki bütün xəstəxanalara tələb olunarsa, 24 saat ərzində təcili rejimə keçməyə hazır olmaq tapşırılıb. Bildirilir ki, xəstəxanalar zərurət yarandıqda sığınacaqlara daşınacaq, evə buraxıla bilən xəstələr evə buraxılacaq və çoxlu sayda yaralı qəbul etməyə hazır olacaqlar.

"Dünyanın müxtəlif yerlərində könüllü olaraq İsrailə kömək etmək arzusunu ifadə edən təxminən 7 min yəhudi həkim var və lazım gələrsə, İsrailə yardım üçün gəlmələri istəniləcək" - deyə Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu