“Prezidentlə xanımı hadisəni nəzarətə götürüb” - Kamran Əliyev
![](/uploads/posts/2024-01/1704789273_1704788663_kamran.jpg)
“Prezident İlham Əliyev və Birinci vitse-pezident Mehriban Əliyeva Respublika Perinatal Mərkəzində baş verən yanğın hadisəsini nəzarətə götürüb”.
AFN.az xəbər verir ki, bunu hadisə yerinə gələn baş prokuror Kamran Əliyev deyib.
O əlavə edib ki, hadisə ölkə rəhbərliyinin nəzarətindədir. Faktla bağlı cinayət işi başlanıb.
Xatırladaq ki, Respublika Perinatal Mərkəzində yanğın baş verib. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 körpənin meyiti aşkar olunub.