Türkiyədə Mossada casusluq etməkdə şübhəli bilinən 15 nəfər həbs edilib
Türkiyədə 34 nəfər İsrailin xarici kəşfiyyat xidməti Mossad adından “beynəlxalq casusluq” fəaliyyətində şübhəli bilinərək saxlanıb.
Bu barədə Anadolu xəbər verib.
Şübhəlilər Türkiyənin 8 vilayətində keçirilən əməliyyat zamanı saxlanılıb və 4 günlük sorğu-sualdan və tibbi müayinədən sonra İstanbul məhkəməsinə təhvil verilib.
Məhkəmə şübhəlilərdən 15-nin həbsinə, 11 nəfərə isə məhkəmə nəzarəti tədbirlərinin tətbiqinə qərar verib.
Daha 8 şübhəli isə Türkiyədən deportasiya olunmaq üçün Miqrasiya Xidmətinə təhvil verilib.