Türkiyədə zəlzələ cinayətlərilə bağlı saxlananların sayı 203-ə yüksəldi
Türkiyədə baş verən zəlzələlərdən təsirlənən vilayətlərdə dağılan, keyfiyyətsiz tikilmiş binalarla bağlı aparılan araşdırmalarda həbs olunanların sayı 203-ə yüksəlib.
AFN.az "Anadolu"ya istinadən xəbər verir ki, zəlzələ nəticəsində dağılaraq insan ölümünə səbəb olan, tikintisində keyfiyyətsiz materiallardan istifadə etmə və normaların pozulması halları ilə bağlı şübhələr yaranan binlarla bağlı Respublika Baş Prokurorluğu tərəfindən başladılan araşdırmalarda 797 şübhəli müəyyən edilib. Həbs edilən şübhəlilərdən 203-ü hakimlər tərəfindən həbs edilib, 275 şübhəli haqqında isə məhkəmə nəzarəti həyata keçirilib. Bundan başqa, 152 şübhəli barəsində həbs, 67 nəfər barəsində isə həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun əmri ilə 9 nəfər hələ də həbsdə olsa da, şübhəlilərdən 19-nun həyatda olmadığı müəyyən edilib. Araşdırmalarda 5 şübhəlinin xaricdə olduğu müəyyən edilib, 67 şübhəli isə ifadələrinin ardından sərbəst buraxılıb.
Respublika Baş Prokurorluğunun zəlzələlərdən sonra bölgədə baş verən oğurluq hadisələri ilə bağlı apardığı araşdırmalar çərçivəsində 383 hadisə ilə bağlı 312 şübhəli müəyyən edilib. Bu şübhəlilərdən 201-i həbs edilib, 37 nəfər barəsində isə məhkəmə nəzarəti həyata keçirilib.
Araşdırmalar çərçivəsində 29 şübhəli barəsində həbs qətimkan tədbiri seçilib, 10 nəfər ifadəsi alındıqdan sonra sərbəst buraxılıb, 13 şübhəli isə hələ də həbsdədir.