Kosta Rikada 2023-cü ildə "cinayət rekordu" qırılıb


Mərkəzi Amerika ölkəsi Kosta-Rikada 2023-cü ildə ölkə daxilində 907 nəfərin öldürülməsi ölkədə bir il ərzində ən çox qətl hadisəsi kimi qeydə alınıb.



Kosta Rika Məhkəmə İstintaq Təşkilatının (OIJ) hesabatına görə, ordusu olmayan ölkədə quldur dəstələri arasında baş verən qarşıdurmalar nəticəsində çoxlu insan həyatını itirib.

Hesabatda 907 nəfərin öldürüldüyü 2023-cü ilin ölkə tarixində ən kriminal il olduğu bildirilib.

2022-ci ildə Kosta-Rikada 654 nəfər öldürüldüyü halda, bu il 900-ə çatması ölkədə narahatlıq yaradıb.

Əhalisinin sayı 5 milyonu keçən ölkədə təhlükəsizlik tədbirləri yenidən müzakirə olunarkən, Mərkəzi Amerikanın ən təhlükəsiz ölkəsi imicinin qorunmasına çalışılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu