Portuqaliyanın baş naziri korrupsiya araşdırması fonunda istefa verib


Portuqaliyanın baş naziri Antonio Kosta noyabrın 7-də administrasiyasının ölkədə litium və hidrogen layihələrinin həyata keçirilməsində yol verdiyi qanun pozuntuları ilə bağlı aparılan araşdırma fonunda istefa verib.


Reuters xəbər verir ki, Kosta bu qərarı ölkə prezidenti ilə görüşdən sonra açıqlayıb.

O qeyd edib ki, vicdanı təmizdir, lakin bundan sonra baş nazir postuna namizəd kimi iştirak etməyəcək.

Bundan əvvəl Portuqaliya polisinin ölkənin baş naziri Antonio Kostanın rəsmi iqamətgahında axtarış aparmağa gəldiyi bildirilirdi.

Korrupsiya faktı ilə bağlı aparılan istintaq çərçivəsində prokurorluq orqanları ilə birgə əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

Müstəntiqlərin diqqəti Portuqaliyanın şimalında litium kəşfiyyatına və Sinesdə yaşıl hidrogen meqalayihəsinə cəlb edilib. İstintaq çərçivəsində, xüsusən də Kosta administrasiyasının rəhbəri Vitor Eskaria, baş nazir Laserda Maçadonun məsləhətçisi və Sines şəhərinin meri Nuno Maskarenhas dindirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu