Sabah Bakıda 15 dərəcə isti olacaq


Bakıda və Abşeron yarımadasında yanvarın 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Milli Hidrometeorologiya Xidmətindən AFN.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 10-15° isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi rayonlarda arabir duman.Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 11-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu