Yaponiyada 7.4 ballıq zəlzələ: sunami təhlükəsi
Yaponiyanın qərbindəki İsikava prefekturasında iki güclü zəlzələ baş verib, yealtı təkanlar Osaka və Kioto şəhərlərində, eləcə də Tokioda hiss olunub.
AFN.az-n məlumatına görə, bu barədə yerli mediada xəbər yayılıb.
Məlumata görə, ilk zəlzələ 5,7 maqnitudada, ikincisi 7,4 maqnitudada qeydə alınıb.
Ölkə ərazisində sunami təhlükəsi elan edilib.
Dağıntılar və itkilər dəqiqləşdirilməyib.