Özbəkistanın keçmiş kənd təsərrüfatı naziri saxlanıldı


Özbəkistanın keçmiş kənd təsərrüfatı naziri Aziz Voitov ölkənin baş prokurorunun tələbi ilə mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinərək həbs edilib.



Bu barədə respublika Ali Məhkəməsinin mətbuat xidməti xəbər verib.

İstintaq Voitovu mənimsəmə və ya xüsusilə böyük miqyasda mənimsəmə, habelə vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilir.

O, 2022-ci ilin avqustundan 2023-cü ilin oktyabrınadək kənd təsərrüfatı naziri vəzifəsində çalışıb, daha sonra bu vəzifəni İbroxim Abduraxmonov icra edib. Bundan əvvəl Voitov 2020-ci ilin mart ayından investisiyalar və xarici ticarət nazirinin birinci müavini olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu