Sosial mediadan istifadəni gündə 30 dəqiqə azaltmaq psixi sağlamlığı yaxşılaşdırır - ARAŞDIRMA


Almaniyada aparılan bir araşdırma, sosial mediadan istifadənin gündə 30 dəqiqə azaldılmasının psixi sağlamlığı və işdən məmnunluğu əhəmiyyətli dərəcədə yaxşılaşdırdığını sübut edib.


Ruhr Universiteti və Alman Zehin Sağlamlığı Mərkəzi tərəfindən aparılan tədqiqatda sosial mediadan istifadənin psixi sağlamlıq və iş performansına təsiri araşdırılıb.

“Davranış və İnformasiya Texnologiyaları” jurnalında dərc olunan araşdırma çərçivəsində hamısı işləyən 166 iştirakçı 2 qrupa bölünüb.

Tədqiqatdan əvvəl qruplar arasında iş yükü, işdən məmnunluq, işlərinə bağlılıq, psixi sağlamlıq, stress səviyyəsi, işdən çıxarılma qorxusu kimi mövzularda sorğu keçirilib.

Birinci qrup gündəlik sosial media vərdişlərini davam etdirərkən, ikinci qrup 1 həftə ərzində sosial mediadan istifadəni gündəlik 30 dəqiqə azaldıb.

Tədqiqat nəticəsində 2-ci qrupda olan insanlarda çox işləmək hisslərində və işdən qovulmaq qorxusunda azalma müşahidə olunduğu, öz işinə daha çox diqqət yetirərək zehni cəhətdən daha yaxşı hiss etdikləri və işlərindən daha çox məmnun olduqları müəyyən edilib.

Araşdırmanın müəlliflərindən biri olan Ruhr Universitetinin dosenti. Julia Brailovskaia tədqiqatın nəticəsini belə deyib: "Beynimiz daimi diqqəti yayındıran amillərin öhdəsindən gəlməkdə çətinlik çəkir. Xüsusilə diqqətimizi tapşırıqdan başqa yerə cəlb edənlərlə mübarizə aparır. Sosial medianı yoxlamaq üçün daim işini yarımçıq qoyan insanlar daha çətin anlar yaşayırlar".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu