İşdən çıxarılan polkovnik-leytenant bu maddələrlə ittiham edilir
Ötən ay vəzifəsindən azad edilərək cinayət məsuliyyətinə cəlb edilən Şərur rayonunun hərbi komissarının nədə ittiham olunduğu məlum olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, polkovnik-leytenant Həsən Məmmədov külli miqdarda rüşvət almaqda təqsirləndirilir.
İttihamda deyilir ki, hərbi komissar çağırışçıların qanunsuz olaraq hərbi xidmətdən yayınmasına və qoşun növləri üzrə bölünmənin şəffaf proseduralar üzrə aparılmamasına şərait yaradıb, bunun müqabilində bir neçə nəfərdən ümumilikdə 17 min manat rüşvət alıb.
Ətraflı
H.Məmmədov Cinayət Məvəlləsinin 311.3.1-ci ( 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (rüşvət alma-külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, rayon prokuroru tərəfindən həbsi tələbi ilə məhkəməyə təqdimat verilib.
Şərur Rayon Məhkəməsi polkovnik-leytenantın həbsini zəruri hesab etməyib. Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.