3600 quşu öldürməkdə ittiham olunan şəxslər hakim qarşısına çıxır
ABŞ-da iki kişi keçəl və qızıl qartal da daxil olmaqla 3600-ə yaxın quşu qeyri-qanuni şəkildə öldürməkdə ittiham olunub.
İddialara görə, Saymon Paul və Travis Con Branson quşları vuraraq bir neçə il qara bazarda satıblar.
Pol və Branson Keçəl və Qızıl Qartalın Mühafizəsi Qanununu pozmaqda və qeyri-qanuni heyvan alverində ittiham olunurlar.
Hər iki şəxsin yanvarda məhkəmə qarşısına çıxması planlaşdırılır.
Açıqlanan iddianamədə cütlüyün quşları və onların tüklərini "əhəmiyyətli miqdarda pul" qarşılığında satdığı deyilir.
İddianamədə Qartalların Mühafizəsi Qanununun pozulması iddiası ilə bağlı 13 fakt göstərilib, lakin prokurorlar kişilərin öldürdüyü başqa hansı quş növlərini və ya əksəriyyətinin nadir və ya nəsli kəsilməkdə olan növlər olub-olmadığını açıqlamayıblar.