“Shokki Mokki”dən “Nağıllar Əngəl Tanımır” layihəsi


“Shokki Mokki” markasının dəstəyi ilə nitq məhdudiyyətli uşaqlar üçün “Nağıllar Əngəl Tanımır” adlı kukla teatrı tədbiri keçirilib.


Aytac Qəmbərovanın rəhbərliyi ilə təqdim olunan Səyyar Kukla Teatrı layihəsi 3 nömrəli Respublika xüsusi internat məktəbində təşkil edilib. Tədbir inkluziv tamaşa, sehirbaz şousu, əyləncəli şou program və sonda hədiyyələrin paylanması ilə başa çatıb. Beynəlxalq əlillər günü və qarşıdan gələn yeni il münasibəti ilə baş tutan tədbirdə 100 ə yaxın uşaq iştirak edib.
Qeyd edək ki, “Shokki Mokki” ölkəmizin tarixi, mədəniyyəti və ənənələrinə xüsusi həssaslıqla yanaşaraq mütəmadi olaraq müxtəlif sosial layihələri həyata keçirir. Adıçəkilən marka artıq bir ildir ki, Azərbaycanın ən böyük Korporativ Sosial Məsuliyyət layihələrindən olan “Məktəbim”i reallaşdırır və ölkəmizin müxtəlif bölgələrindən olan sosial həssas kateqoriyaya məxsus uşaqların məktəbəqədər təhsil almasına dəstək verir.












AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu