“Məktəbim” layihəsinin şagirdləri üçün Novruz şənliyi təşkil edilib


Ölkəmizin ilk milli uşaq brendi olan “Shokki Mokki” markası “Xoşbəxt böyüyən sabahlar” şüarı ilə sosial məsuliyyət layihələri reallaşdırmağa davam edir.


Adıçəkilən marka bir ilə yaxındır ki, UAFA təşkilatı ilə birlikdə “Məktəbim” layihəsi çərçivəsində aztəminatlı, ucqar ərazidə yaşama və əlillik səbəbindən məktəbəqədər təhsilə çıxışı olmayan uşaqları da daxil etməklə alternativ və dayanıqlı təhsil imkanları yaratmaqdadır.
Azərbaycanda 0-3 yaşlı uşaqların 34%-i öz yaşlarına uyğun inkişaf normalarından kəskin dərəcədə geridə qalır, 3-6 yaşlı uşaqların yalnız 36 % məktəbəqədər təhsilə cəlb olunur.
Bu qeyri-bərabərlik xüsusilə kənd yerlərində və ucqar ərazilərdə yaşayan uşaqlar, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar arasında özünü büruzə verir.
“Əl-ələ təhsilin işıqlandırdığı xoşbəxt gələcəyə” şüarı altında “Shokki Mokki” ilə UAFA təşkilatının həyata keçirdiyi "Məktəbim" proqramı Azərbaycanda daha çox məktəbəqədər təhsil xidmətləri təklif etmələri üçün müxtəlif icmalardakı qadınların öz təhsil bizneslərini qurmasına dəstək olur. Bununla, məktəbəqədər təhsil daha çox uşağa əlçatan edilir, həm də qadınların iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına dəstək verilir.
Novruz bayramı münasibətilə “Shokki Mokki” markasının dəstəyi ilə N Xırdalan, Xocəsən və Xətai rayonu ərazisində yerləşən “Məktəbim” təhsil ocaqlarında məkanlarında azyaşlılar üçün maraqlı Novruz şənliyi təşkil edildi. Uşaqların sevincinə səbəb olmuş bayram şənliyində uşaqların əylənməsi üçün geniş imkanlar yaradılıb, onlara hədiyyələr verilib.
Qeyd edək ki, hazırda “Məktəbim” layihəsi çərçivəsin 24 məktəbəqədər təhsil ocağı fəaliyyət göstərir. Siz də mağazalardan “Shokki Mokki” məhsulu almaqla layihəyə dəstək verə bilərsiniz.












AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu