ÜST bəzi ölkələrdə etilen qlikol ilə çirklənmiş süspansiyonların tapıldığını bildirib


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bəzi ölkələrdə, o cümlədən Beliz, Laos, Maldiv adaları, Pakistan və Ficidə tapılan dietilen qlikol və etilen qlikolla çirklənmiş əczaçılıq siropları və süspansiyonlarının yaratdığı təhlükə barədə xəbərdarlıq edib.



ÜST-ün Cenevrədə paylanmış məlumat vərəqində qeyd edildiyi kimi, bu məhsulların istehsalçısı Pakistanın Pharmic Laboratories (Pvt.) Ltd. şirkətidir.

Təşkilat qeyd edib ki, söhbət əvvəlcə Maldiv adalarında və Pakistanda aşkar edilmiş şərbət və süspansiyon şəklində olan beş müxtəlif dərman vasitəsindən gedir. Bu barədə ÜST-ə noyabrın 8-də məlumat verilib. Bu dərmanlardan bəziləri Beliz, Laos və Ficidə də müəyyən edilmişdir. Bunlar "Alergo", "Mucorid" və "Zincell" şərbətləri, "Emidone" və "Ulcofin" süspansiyonlarıdır. Bu məhsulların 23 partiyasında dietilen qlikol və etilen qlikolun olduğu aşkar edilib.

2023-cü ilin noyabrında Alergo siropunun beş müxtəlif partiyasının nümunələri Maldiv adalarında dərman keyfiyyətinə nəzarət laboratoriyasında sınaqdan keçirilib. Bülletendə qeyd edilib ki, sekranlama zamanı çirkləndiricilər kimi qəbuledilməz miqdarda dietilen qlikol və etilen qlikol aşkar edilib. Avstraliyada aparılan laboratoriya testləri bütün beş partiyanın etilen qlikolla çirkləndiyini təsdiqləyib.

ÜST bu şərbətlərin və süspansiyonların istifadəsini və tədarük zəncirlərinə nəzarəti gücləndirməyi tövsiyə edib. Vurğulanıb ki, dietilen qlikol və etilen qlikol insanlar üçün zəhərlidir və ölümcül ola bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu