Tayvan hərbçiləri ada yaxınlığında Çin hava şarının göründüyünü bildirib

Çin hava şarı Tayvan boğazının orta xəttini keçib.
Bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.
Hava şarı Keelung şəhərindən 101 dəniz mili (təxminən 187 km) cənub-qərbdə, 21 min fut (təxminən 6,4 km) yüksəklikdə aşkar edilib. İdarənin açıqlamasında qeyd olunduğu kimi, hərbçilər onun uçuşunu bir saata yaxın izləyiblər, bundan sonra o, yoxa çıxıb.