ABŞ-ın Bağdaddakı səfirliyi ərazisinə raket zərbələri endirilib


Bağdadın mərkəzində yüksək mühafizə olunan Yaşıl Zonada ABŞ səfirliyinin ətrafı raket atəşinə tutulub.



Bu barədə “Shafaq News” agentliyi İraq təhlükəsizlik güclərindəki mənbəyə istinadən məlumat yayıb.

“Amerikanın Bağdaddakı səfirliyi yaxınlığında partlayış səsləri eşidilib, binanın içərisində həyəcan sirenləri səslənib”, - məlumatda deyilir.

İlkin məlumatlara görə, səfirliyin ətrafı bir neçə raketlə atəşə tutulub. Bu hücumun arxasında kimin ola biləcəyi barədə hələlik məlumat yoxdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu