Zəlzələ limanlardakı iş prosesinə təsir etməyib


Bu gün ölkə ərazisində baş vermiş zəlzələ limanlarda yük əməliyyatlarına, gəmilərin giriş-çıxışına və iş prosesinə təsir etməyib.


Bu barədə Dövlət Dəniz və Liman Agentliyindən (DDLA) bildirilib.

Hazırda limanlarda iş prosesi gücləndirilmiş rejimdə həyata keçirilir.

DDLA-nın mütəxəssisləri də dəniz üzgüçülüyünün təhlükəszliyinin təmin olunması istiqamətində mütəmadi olaraq limanlarla məlumat mübadiləsi aparır və informasiyaları diqqətlə izləyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu