“Karmen” ununda siçanlar qaynaşır - VİDEO

Sosial şəbəkələrdə “Karmen” ununun içərisindən siçanların çıxması ilə bağlı görüntülər yayılıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Ölkə.az-a bildirilib ki, sözügedən video araşdırılır.
“Görüntülərdən xəbərimiz var, məsələ ilə bağlı araşdırılma aparılır. Nəticəni bildirəcəyik”, - AQTA-dan qeyd edilib.
Xatırladaq ki, görüntülərin harada və nə zaman lentə alındığı məlum deyil.
[media=https://www.youtube.com/watch?v=338RGmimmhQ]