ABŞ-da təyyarəni qəsdən qəzaya uğradan Youtuber 6 ay həbs cəzasına məhkum edilib


2021-ci ilin dekabrında ABŞ-da qəzaya uğrayan təyyarənin görüntülərini YouTube-da yerləşdirən və qəzanı daha çox baxış sayı üçün qəsdən etdiyini etiraf edən Trevor Jacob 6 ay həbs cəzasına məhkum edilib.



Kaliforniya Ştat Prokurorluğu qəsdən etdiyi qəzanı YouTube-da yayımlayan Jacobla bağlı açıqlama verib.

Açıqlamada, daha çox baxış əldə etmək üçün təyyarəni qəsdən qəzaya uğradan Jacobun "federal araşdırmaya mane olmaq üçün sübutları məhv etmək və gizlətmək" ilə günahlandırıldığı qeyd edilib. Qeyd olunub ki, Jacob rayon hakimi tərəfindən 6 ay müddətinə həbs edilib.

2021-ci ilin noyabrında Jacob özü ilə paraşüt və selfi çubuğu götürərək, üzərində kamera quraşdırılmış təyyarə ilə Santa Barbara bölgəsindəki Lompoc City hava limanından tək başına havaya qalxıb. Havaya qalxdıqdan 35 dəqiqə sonra Los Padres Milli Meşəsi üzərindən paraşütü ilə təyyarədən tullanan Jacob, təyyarəyə yerləşdirdiyi kameralarla və selfi çubuğu ilə eniş anını və təyyarənin düşmə anını qeyd edib.

Jacob hadisə barədə Milli Nəqliyyat Təhlükəsizliyi Şurasına məlumat verib. Jacob daha sonra vertolyotla hadisə yerinə qayıdıb, dağıntıları çıxarıb və sübutları məhv edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu