Misir Mərdanov və Mirşahinin zərərçəkən olduğu cinayət işi ilə bağlı məhkəmənin vaxtı bəlli oldu
Qaynarinfo xəbər verir ki, Yusif Mirzəyev, Elvin Cəfərov, Elgün Ağayev, Məhərrəməli Musayev, Hüseyn Hüseynzadə, Savalan Hüseynli, Etibar Məmmədzadə, Mir Vasid Əliyev, İlham Şıxaliyev, Faiq Zeynalov, İlkin Bağırov, Vüqar Mədətov və Ruslan Əliyevin cinayət işi üzrə məhkəmə hazırlıq iclası dekabrın 13-də keçiriləcək.
İclas Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutacaq.
Maraqlıdır ki, iş üzrə keçmiş təhsil naziri Misir Mərdanov və "Real TV"nin rəhbəri Mirşahin Ağayev zərərçəkən qismində tanınıb. Təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Onlara Cinayət Məcəlləsinin 278.2-ci (Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsi) maddəsi ilə ittiham irəli sürülüb.