2029-cu ildə düşəcək Apofis asteroidi nələrə səbəb ola bilər?
Bu barədə Rusiya Elmlər Akademiyasının Tətbiqi Astronomiya İnstitutunun (İPA) baş elmi işçisi Nikolay Jeleznov məlumat verib.
“Çox güman ki, o, uçub keçəcək və heç kimə dəyməyəcək. Kosmos böyükdür, lakin obyektlər kiçikdir” - deyən astronomun sözlərrinə görə, peyklər orbital meyli yüksək olan ekvatorun üstündə hərəkət edir.
Onun sözlərinə görə, asteroid peyklərin orbitini tutsa, ən çox birini sıradan çıxaracaq. O qeyd edib ki, bu, Yer kürəsində nəzərəçarpan nəticələrə gətirib çıxarmayacaq.
2029-cu il aprelin 13-də potensial təhlükəli Apofis asteroidinin Yerdən 32 min kilometr məsafədə uçacağı gözlənilir. Geostasionar peyklər təxminən eyni məsafədə uçurlar.