Aqil Ələsgər Beynəlxalq Strateji Kommunikasiya Zirvəsində iştirak edir – FOTOLAR
İstanbulda “Hibrid təhdidlərlə qlobal mübarizə” Beynəlxalq Strateji Kommunikasiya Zirvəsi (Stratcom,23) başlayıb.
AFN.az xəbər verir ki, nüfuzlu tədbirdə Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər iştirak edir.
Zirvədə açılış niqti ilə çıxış edən Türkiyənin xarici işlər naziri Hakan Fidan tədbirin həsr olunduğu mövzunun müasir dünyada aktuallığının sürətlə artdığını vurğulayıb.
Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun çıxışında kommunikasiya məsələlərinin əhəmiyyətini önə çəkərək hibrid təhdidlərlə mübarizədə beynəlxalq əməkdaşlığın genişləndirilməsinin zərurətə çevrildiyini qeyd edib.
Zirvədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın videoçıxışı yayımlanıb.
Tədbirin “Qeyri-müəyyənlik dönəmində hibrid təhdidlər” adlı ilk paneli Türkiyə Rabitə Nazirliyi İctimai Diplomatiya Şöbəsinin müdiri Oğuz Günerin mpderatorluğu ilə keçirilib. Paneldə Madrid III Karlos Universitetindən Doç.Dr. Karlos Qalan Kordero, Franyo Tujman Müdafiə və Təhlükəsizlik Universitetinin prorektoru, Doç.Dr Qordan Akrap, Polşa Təhlükəsizlik Platformasının rəhbəri Raşel Talukder, “Tracadero” Forum İnstitutunun rəhbəri Ellen Vasilina, BMT-nin qaçqınlar üzrə Ali baş komissarlığı informasiya şöbəsinin müdiri Matteu Saltmarş çıxış ediblər.
Zirvənin noyabrın 25-də baş tutacaq “Strateji kommunikasiyanın yeni labirintləri: İnformasiya təhlükəsizliyi və şəffaflıq” panelində Azərbaycanı Respubilkası Prezidentinin Administrasiyasının Kommunikasiya sektorunun müdiri Cavid Musayev də çıxış edəcək.