Şimali Koreya hərbi peyk buraxmağa hazırlaşdığını açıqlayıb


Şimali Koreya sabahdan etibarən 9 günlük müddət ərzində kosmosa hərbi peyk göndərməyə hazırlaşdığını açıqlayıb.



Kyodo News-un xəbərinə görə, Yaponiya Sahil Mühafizəsi Pxenyanın dekabrın 1-dək hərbi peyk buraxacağı barədə onlara məlumat verdiyini qeyd edib.

Yaponiyanın baş naziri Kişida Fumio Şimali Koreyanın üçüncü cəhdi olacaq bu peyk buraxılışı ilə bağlı jurnalistlərə açıqlama verərək, bunun Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qətnamələrini pozacağını bildirib.

Kişida əlavə edib ki, Yaponiya peykin buraxılması ilə bağlı məlumatların toplanması və təhlili üçün maksimum səy göstərəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu