ABŞ Maskın siyasətinə görə "SpaceX"-in fəaliyyətinin araşdırılmasını tələb edib
Üç ABŞ konqresmeni "SpaceX"-in rəhbəri İlon Maskın siyasətinə görə ona qarşı təhqiqat aparılmasını tələb edib.
AFN.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Nəşrin mənbəsinin sözlərinə görə, Nümayəndələr Palatasının üç Demokrat üzvü "Reuters"in "SpaceX" obyektlərində çoxsaylı iş xəsarətləri barədə məlumat yaymasından sonra İlon Maskın şirkətinin fəaliyyətini araşdırmağa çağırıb.