Ermənistan müdafiə xərclərini artırdı


2024-cü ildə Ermənistan hökuməti əsaslı xərclərin 41%-ni müdafiə sektorunun saxlanmasına ayıracaq.



AFN.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə 2024-cü il dövlət büdcəsi layihəsində deyilir.

Qeyd olunub ki, 2024-cü ildə əsaslı xərclər artaraq 710 milyard dram təşkil edəcək. Ümumilikdə Müdafiə Nazirliyinə 555 milyard dram ayrılacaq ki, bu da 2023-cü illə müqayisədə 7% çoxdur. Müdafiə xərcləri ÜDM-in 5,3%-ni təşkil edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu