Litva Rusiya avtomobillərinin Ukraynaya verilməsini təklif edib


Litva Seyminin Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin (NSDC) rəhbəri Laurynas Kasciunas Rusiya dövlət nömrə nişanlı avtomobillərin Ukraynaya verilməsini təklif edib.


Bu barədə yerli mediada məlumat yayılıb. “Hesab edirəm ki, Rusiya dövlət nömrə nişanlı avtomobillər müsadirə edilməlidir və daha yaxşı olar ki, onlar ukraynalılara verilsin”, - deyə siyasətçi bildirib.

Sentyabrın 11-dən Rusiyada qeydiyyatda olan avtonəqliyyat vasitələrinin ölkəyə gətirilməsi rəsmən qadağan edilib. İstisna Kalininqrada tranzit hallarıdır.

Komitə sədri eyni zamanda qeyd edir ki, vətəndaşların onları martın 11-dək Litva hüdudlarından kənara aparmaq imkanı var, əks halda müsadirə olunacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu