Bloomberg: "Qəzza böhranının həllinin açarı Türkiyədədir"


ABŞ-ın Bloomberg televiziyası “Qəzza böhranının həllinin açarı Türkiyədədir” başlığı ilə çıxış edib.



O, ABŞ prezidenti Baydenin bölgədə həll yolu üçün prezident Ərdoğanı çağırması lazım olduğuna diqqət çəkib.

ABŞ dövlət katibi Entoni Blinkenin Ankara səfəri Amerikanın Bloomberg Televiziyasının saytında diqqəti çəkən təhlillə işıqlandırılıb.

Xarici işlər naziri Hakan Fidanın amerikalı həmkarı ilə görüşündə iki ölkə arasındakı uzaq mövqenin üzə çıxdığı qeyd edilib.

Təhlildə deyilir ki, Türkiyə prezidenti Amerikanın baş diplomatı ilə görüşməkdən imtina edib. Təhlildə Ərdoğanın Yaxın Şərq məsələlərində mühüm oyunçu və Qəzzada humanitar böhranın həlli üçün əvəzsiz lider olduğu vurğulanıb.

Ərdoğanın hər iki tərəf ilə rəsmi əlaqəsi olan yeganə lider olduğu xatırladılıb.

Bloomberg Türkiyənin bölgədəki təsirini ABŞ-ın güvəndiyi digər iki mühüm aktorun münasibəti ilə müqayisə edib.

Bloomberg Baydenin İsrailin baş naziri Binyamin Netanyahu ilə danışdıqdan sonra dərhal Ərdoğanla əlaqə saxlamamasını diplomatik səhv adlandırıb və Netanyahu Baydenlə danışandan dərhal sonra Türkiyə prezidentinə zəng etməli olduğunu qeyd edib.

Təhlildə Türkiyənin uğurlu diplomatik siyasəti ilə regionun həlledici ölkələrindən biri olduğu qeyd edilib.

ABŞ-ın təkcə Qəzzada deyil, həm də Ukraynanın taxıl ixracı və Ermənistanla Azərbaycan arasında mümkün sülh sazişi üçün Türkiyəyə ehtiyacı olduğu vurğulanıb.

Bloomberg "Bayden Ankaraya nə qədər tez zəng etsə, bir o qədər yaxşıdır" qiymətləndirməsini də əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu