İrlandiya ukraynalı qaçqınlara verilən müavinətləri ləğv edir


İrlandiya hökuməti ilin sonuna qədər ukraynalı qaçqınlar üçün pulsuz yerləşdirmə güzəştlərini ləğv etmək üçün bir sıra tədbirlər görmək niyyətindədir.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə baş naziri Leo Varadkar bildirib.

“Biz qaçqın axınını ləngidəcək tədbirlər görməliyik”, - deyə siyasətçi vurğulayıb.

Onun sözlərinə görə, bu məsələdə respublika ukraynalılara müddətsiz azad yaşamaq hüququ verməyən digər ölkələrin təcrübəsinə əsaslanmalıdır. O da qeyd olunur ki, hakimiyyət qaçqınlara verilən müavinət məsələsinə yenidən baxmağa hazırlaşır ki, onlar təkcə dövlətdən ödəniş almasınlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu