Çin: ABŞ müttəfiqlərindən bunları tələb edir


ABŞ şəxsi strateji ehtiyaclarına və ya dünya haqqında anlayışına əsaslanaraq, tez-tez müttəfiqlərindən tərəf seçməyi tələb edir. Lakin bu bir sıra ölkələrin xoşuna gəlmir.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Pekində keçirilən 10-cu Syanşan Təhlükəsizlik Forumunda çıxış edən Çinin Vaşinqtondakı keçmiş səfiri Cui Tiankay deyib.

“Birləşmiş Ştatlar öz strateji ehtiyaclarına və ya dünya haqqında anlayışına əsaslanaraq, tez-tez müttəfiqlərindən eyni siyasət yürütmələrini tələb edir” - deyə Tiankay bildirib.

Eyni zamanda, Cui Tiankay bu ölkələrin öz milli maraqlarına əsaslanaraq mühakimə yürütə və tədbirlər görə biləcəklərinə ümid etdiyini deyib.

Keçmiş səfir vurğulayıb ki, hazırda beynəlxalq aləmdə tərəf seçmək zərurətinə yenidən çağırışlar var: "Bir çox ölkə bunu bəyənmir, lakin bəlkə də bunu avtomatik edən bir neçə ölkə var".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu