Şənbə günü 29 dərəcə isti olacaq


Bakıda və Abşeron yarımadasında oktyabrın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.



Milli Hidrometeorologiya Xidmətindən AFN.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 15-18° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19° isti, gündüz 24-29° isti, dağlarda gecə 6-11° isti, gündüz 15-20° isti olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu