NBC: "ABŞ İsraili humanitar fasilə elan etməyə razılaşdırmağa çalışır"


Birləşmiş Ştatlar mülki əhalinin Qəzza zolağından çıxarılması üçün humanitar fasilə elan etməsi üçün İsrailə təsir göstərməyə çalışır.



Bu barədə çərşənbə günü Amerika rəsmisinə istinadən NBC News məlumat yayıb.

Onun sözlərinə görə, Ağ Ev Qəzza zolağına yardımın çatdırılması və mülki şəxslərin anklavı tərk etməsinə icazə verilməsi üçün humanitar fasilə elan edilməsi ideyasını dəstəkləyir.

"İsrail Vaşinqton administrasiyasının çağırışını eşidir və bu, fəal şəkildə müzakirə olunur" deyən rəsmi, israillilərin girovların azad edilməsi ilə bağlı danışıqlar aparılarkən fasilə verməyə hazır olduqlarını əlavə edib. Lakin Amerika hakimiyyətinin nümayəndəsinin qeyd etdiyi kimi, yekun qərar hələ verilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu