BMT: Sabah axşam Qəzzada işimizi dayandırmalı olacağıq


Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) xəbərdarlıq edib ki, Qəzza zolağına sabaha qədər yanacaq verilməsə, onlar fəaliyyətlərini dayandırmalı olacaqlar.


BBC-yə danışan UNRWA sözçüsü Tamara er-Rifai tükənmiş yanacağın əsas prioritet olduğunu vurğulayaraq, “Əgər yanacaq verilməsə, sabah axşam Qəzzada işimizi dayandırmalı olacağıq və buna görə də insanlar ölə bilər” - deyə qeyd edib.

Qəzza zolağında qida və suyun tükəndiyinə və təcili humanitar yardımların çatdırılmasına ehtiyac olduğuna diqqət çəkən Rifai daha sonra qeyd edib: "Bu yardımı çatdırmaq üçün yük maşınları üçün yanacağa ehtiyacımız var. İnsanların təmiz suya çıxışı və sutəmizləyici qurğunun işləməsi üçün yanacağa ehtiyacımız var. Xəstəxanalarda xilasedici maşınlar işləməsə, insanlar öləcək".

HƏMAS-ın Qəzzəyə göndərilən yanacağın istifadə edəcəyi ilə bağlı iddialara gəlincə, Rifai bildirib ki, BMT beynəlxalq ictimaiyyətə və yardım təşkilatlarına Qəzzaya çatan bütün yardım və yanacağın onun nəzarəti altında olacağına zəmanət verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu